Şəxsi kabinetin aktivləşdirilməsi Qeydiyyat
Qaynar Xətt

*4848

HAQQIMIZDA

"Kartım" layihəsi alış-veriş prosesini daha mənalı və zövqlu bir prosesə çevirmək məqsədilə yaradılmışdır. Mağazalardan ehtiyaclarımızı qarşılamaq üçün əldə etdiyimiz məhsulların çoxu qısa müddətli istehlak mallarıdır. Onlar bir müddət sonra tükənir. Geriyə isə o məhsulların dəyərini ödəmək üçün mağazalarda dayanmalı olduğumuz növbələrin sıxıcı xatirəsi qalır. Biz mağazalardan aldığınız məhsular tükəndikdən sonra belə, alış-verişinizin xoş xatirələrlə yadda qalmasına çalışrıq. Çox yüksək xidmət tələbləri ilə çalışan və partnyorlar şəbəkəsi daxilində yer alan mağaza və ya ticarət mərkəzlərindən alış-veriş etdiyinizdə "Kartım" layihəsinin iştirakçısı olur və qeyd olunan kartı pulsuz əldə edirsiniz. Bu kart alış-veriş sonrası kartın sahibinə saysız-hesabsız hədiyyə seçmə haqqı qazandırır. Siz yalnız hədiyyəni seçirsiniz, biz isə onu istədiyiniz ünvana çatdırırıq. Bundan başqa, fərdi olaraq partnyorlar şəbəkəsində nəzərdə tutulmuş müxtəlif aksiya və kampaniyalarda iştirak edərək bir çox üstünlük əldə etmiş olursunuz. Digər tərəfdən, günlük alış-verişinizlərdə ödədiyiniz məbləğlər hesabına əldə etməyi planlaşdırdığınız məhsullara hədiyyə şəklində sahib olmaq imkanını əldə edirsiniz. Artıq etdiyiniz heç bir alışveriş unudulmayacaq, hər bir hədiyyə alışverişinizi xoş və unudulmaz bir xatirəyə çevirəcəkdir.

Bizim hədəfimiz, yalnız xoş anları xatırlayacağımız bir dünyada yaşamaqdır.

72158 Toplam istifadəçi sayısı
60086 Kişi
12072 Qadın
43896 Təslim edilən hədiyyə
14 Partnyor
18 Müştəri xidmət məntəqələri
Yüklənir